Çeçenistan Respublikası Hökumətinin Sədri İSTEFA VERDİ

Çeçenistan Respublikası Hökumətinin Sədri İSTEFA VERDİ

Hazırda oxunan: Çeçenistan Respublikası Hökumətinin Sədri İSTEFA VERDİ

193378

Çeçenistan Respublikası Hökumətinin Sədri Müslüm Xuçiyev başqa işə keçməsi ilə əlaqədar olaraq istefa verib.

Bizim.Media xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün “Telegram” kanalında məlumat verib.

“Müslüm Maqomedoviç əsl peşəkar, strateji düşüncəyə malik dövlət xadimidir. O, respublikamızın hüdudlarından kənarda da tanınır. Müslüm Maqomedoviçin görkəmli işgüzar və şəxsi keyfiyyətləri və zəngin təcrübəsi yeni sahədə tələb olunur. İşlədiyi bütün illər ərzində o, özünü işinə ürəkdən bağlayıb, səylərini regionun sosial, iqtisadi və digər mühüm problemlərinin səmərəli həllinə sərf edib.

Əminəm ki, o, yeni vəzifəsində bütün ən yaxşı keyfiyyətlərini nümayiş etdirəcək, yüksək peşəkarlıq nümayiş etdirəcək”, - deyə Kadırov qeyd edib.

Çeçenistan lideri həmçinin bildirib ki, Çeçenistan hökumətinin başçısı vəzifəsini müvəqqəti olaraq, İsa Tumxadjiev icra edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO