“İran prezidenti İbrahim Rəisinin ölümü İran xalqı da olmaqla ümumən hər kəs üçün böyük itkidir. O, etibarlı tərəfdaş idi”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının spikeri Vyaçeslav Volodinlə görüşü zamanı deyib.
Putin qeyd edib ki, Rəisi sözünün üstündə durmaı bacaran adam olub və onunla inamla əməkdaşlıq etmək mümkün idi.
Rusiya lideri həmçinin mərhum Rəisinin vida mərasiminə qatılacaq olan Volodinə İran hökumətinə şəxsi adından başsağlığı verməyi tapşırıb.
O, Volodindən İran rəhbərliyinə Rusiya Federasiyasının “ölkələr arasında münasibətlərin inkişafına eyni şəkildə ümid etdiyini” çatdırmağı xahiş edib.
Bizim.Media