Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Axmat Kadırov bölgənin bədən tərbiyəsi və idman naziri təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə respublika başçısı özünün "Telegram" kanalında məlumat verib.
Əvvəllər nazir postunu tutan İsa İbrahimov isə Çeçenistan rəhbəri və hökuməti administrasiyası rəhbərinin müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Axmat Kadırovun 18 yaşı var. O, əvvəllər regionda gənclərlə iş üzrə nazir vəzifəsində çalışıb.
Bizim.Media