Şolts Rəisinin ölümü ilə bağlı BAŞSAĞLIĞI VERİB

Şolts Rəisinin ölümü ilə bağlı BAŞSAĞLIĞI VERİB

Hazırda oxunan: Şolts Rəisinin ölümü ilə bağlı BAŞSAĞLIĞI VERİB

193360

Almaniya kansleri Olaf Şolts İran Prezidenti İbrahim Rəisinin və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında həlak olması ilə bağlı başsağlığı verib.

Bizim.Media xəbər verir ki, Şolts Rəisinin səlahiyyətlərini müvəqqəti icra edən Məhəmməd Möhbərə məktub ünvanlayıb.

“İran İslam Respublikası hökumətinə və təbii fəlakətdə həlak olanların ailələrinə başsağlığı veririk”, - deyə mətndə qeyd edilib.

Qeyd edək ki, mayın 19-da axşam saatlarında İbrahim Rəisinin olduğu helikopter Şərqi Azərbaycan əyalətində qəzaya uğrayıb.

Aralarında İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da daxil olmaqla 9 nəfər həyatını itirib. Bununla bağlı İranda beş gün matəm elan edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO