İrana görə matəm elan edən ölkələr – SİYAHI  

İrana görə matəm elan edən ölkələr – SİYAHI  

Hazırda oxunan: İrana görə matəm elan edən ölkələr – SİYAHI  

193227

İranın mərhum Prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında həlak olması ilə əlaqədar yeddi ölkədə matəm elan olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı İran mətbuatı yayıb. 

Bildirilib ki, Suriya və Livanda üç, Tacikistanda iki, İraq, Türkiyə, Hindistan və Pakistanda bir günlük matəm elan olunub. 
Qeyd edək ki, bununla bağlı İranda beş gün matəm elan edilib. 

Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisi və bir sıra rəsmi şəxslərin olduğu helikopter mayın 19-da, axşam saatlarında qəzaya uğrayıb. Hadisə nəticəsində İranın dövlət başçısı İbrahim Rəisi və xarici işlər naziri Hüseyin Əmirabdullahian da daxil olmaqla, helikopterdəki bütün şəxslər həlak olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO