Bayden: \

Bayden: \"Qəzza zolağında baş verənləri soyqırımı hesab etmirik\"

Hazırda oxunan: Bayden: \"Qəzza zolağında baş verənləri soyqırımı hesab etmirik\"

193225

ABŞ Prezidenti Co Bayden İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağındakı hərəkətlərini soyqırımı hesab etmədiyini bildirib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evin Qızılgül bağında ABŞ-ın yəhudi irsinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.

"İcazə verin aydınlıq gətirim, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən İsrailə qarşı irəli sürülən ittihamların əksinə olaraq, Qəzza zolağında baş verənlər soyqırımı deyil. Biz bunu rədd edirik. Biz İsrailin yanındayıq", - deyə Bayden administrasiyasının mövqeyini təsdiq edib.
Onun sözlərinə görə, ABŞ Qəzzada Fələstinin radikal HƏMAS hərəkatının lideri Yəhya Sinvarın aşkarlanmasında İsrailə kömək edir.

"Biz Sinvarın və HƏMAS-ın qalan qəssablarının məhv edilməsində İsrailin yanındayıq. Biz HƏMAS-ın məhv olmasını istəyirik və bunun baş verməsi üçün İsraillə işləyirik", - deyə Bayden əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO