Ərdoğan Rəisini əvəz edən şəxsə ZƏNG EDİB

Ərdoğan Rəisini əvəz edən şəxsə ZƏNG EDİB

Hazırda oxunan: Ərdoğan Rəisini əvəz edən şəxsə ZƏNG EDİB

193169

Türkiyə Prezidenti Rəcəb Ərdoğan və İran Prezidenti vəzifələrini müvəqqəti olaraq icra edən Məhəmməd Möhbər arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Ərdoğan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan olmaqla, heyət üzvlərinin helikopter qəzasında həlak olmaları ilə bağlı başsağlığı verib və İran xalqına səbr diləyib.
Türkiyənin bu ağrılı günlərdə İranın yanında olduğunu və İran xalqının kədərinə şərik olduğunu vurğulayan prezident Ərdoğan, ölkəsinin İranla qonşuluq və qardaşlıq münasibətlərini gələcəkdə də yerinə yetirməyə davam edəcəyini bildirib.

O, Rəisi və Abdullahianın Türkiyə və İran əlaqələrinə verdiyi töhfələrin hər zaman xatırlanacağını qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO