Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin dəfn mərasimi ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərində keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə İranın vitse-prezidenti, prezident helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların dəfn mərasiminin təşkili komitəsinin rəhbəri təyin edilən Möhsün Mənsuri IRIB TV-yə açıqlamasında deyib.
O bildirib ki, Rəisinin dəfn mərasimi may ayının 23-də keçiriləcək: "Ayətullah Rəisinin dəfn mərasimi cümə axşamı, axşam saatlarında İmam Rza məqbərəsində keçiriləcək".
Mənsuri əlavə edib ki, İmam Rzanın məqbərəsi şiələrin əsas ziyarətgahlarından biri və Rəisinin doğma şəhəri Məşhəddə yerləşir.
Qeyd edək ki, daha əvvəl İranın Mehr agentliyi İbrahim Rəisi və onu müşayiət edənlərin dəfn mərasiminin mayın 21-də Təbriz şəhərində keçiriləcəyinə dair məlumat yaymışdı.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:24 / 20.05.2024
Rəisi Təbrizdə DƏFN EDİLMƏYƏCƏK - Yer və tarix dəqiqləşdi
Hazırda oxunan: Rəisi Təbrizdə DƏFN EDİLMƏYƏCƏK - Yer və tarix dəqiqləşdi
Hazırda oxunan: Rəisi Təbrizdə DƏFN EDİLMƏYƏCƏK - Yer və tarix dəqiqləşdi
193146
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.