İranda növbədənkənar prezident seçkiləri KEÇİRİLƏCƏK

İranda növbədənkənar prezident seçkiləri KEÇİRİLƏCƏK

Hazırda oxunan: İranda növbədənkənar prezident seçkiləri KEÇİRİLƏCƏK

193137

İranda keçiriləcək növbədənkənar prezident seçkilərinin vaxtı açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə İran Seçki Qərargahının mətbuat katibi Möhsün Eslami məlumat yayıb.

Bildirilib ki, növbədənkənar prezident seçkiləri iyun ayının 28-də keçiriləcək.
Qeyd edilib ki, mayın 28-dən etibarən seçkilərdə iştirak edəcək namizədlərin qeydiyyata alınmasına başlanılacaq.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter İran-Azərbaycan sərhədi yaxınlığındakı Varziqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Nəticədə prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati, Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi və 3 pilot həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO