Rusiyanın paytaxtı Moskvada "Bolşoy Teatr"da tamaşa zamanı yalan həyəcan siqnalı verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə hallar xidmətindən RİA Novosti-yə bildirilib.
Bildirilib ki, həyəcan siqnalından dərhal sonra zalda olan min nəfərdən çox tamaşaçı təxliyə edilib.
Teatrın mətbuat xidmətindən qeyd edilib ki, həyəcan siqnalı söndürüldükdən sonra həmin şəxslər yenidən zalda yerlərini alıblar.
Qeyd edilib ki, tarixi səhnədə “Raymonda” baleti nümayiş etdirilir.
Bizim.Media