Moskvadakı çəhrayı panda ilə bağlı suala Putindən MARAQLI CAVAB – FOTO

Moskvadakı çəhrayı panda ilə bağlı suala Putindən MARAQLI CAVAB – FOTO

Hazırda oxunan: Moskvadakı çəhrayı panda ilə bağlı suala Putindən MARAQLI CAVAB – FOTO

192689

Xəbər verildiyi kimi Rusiya prezidenti Vladimir Putin Çinə iki günlük səfərə gedib.

Bizim.Media xəbər verir ki, bu səfər çərçivəsində bir sıra siyasi və iqtisadi məsələlər müzakirə edilib.

Səfər çərçivəsində maraqlı bir məqam yaşanıb.

Belə ki, mətbuat konfransı zamanı jurnalistlərdən biri Rusiya Prezidentindən soruşub ki, “nəyə görə Moskva zooparkında doğulan “Katyuşa” adlı panda qeyri-ənənəvi, çəhrayı rəngdədir?”

Vladimir Putin jurnalistin narahatlığına aydınlıq gətirib. O bildirib ki, “Katyuşa”nın xəzinin ağ fondan çəhrayı rəngə dəyişməsinin səbəbkarı onun anasıdır:

“Katyuşa”nın anası - panda “Dindinqin” bütün günü körpəsini yalayır. Nəticədə “Dindinqin” dilinin üzərindəki çəhrayı rəng “Katyuşa”nın rənginin dəyişməsinə səbəb olub. Çünki ana panda bambuk yeməyi xoşlayır. Ona görə də bambukun rəngi tədricən “Katyuşa”nın ağ xəzini tədricən çəhrayı rəngə çevirib”.

Çinli ekspertlər hesab ediblər ki, baş verənlərdə heç bir qəbahət yoxdur:

“Əksinə, çəhrayı panda dünyanın ən xoşbəxt pandasıdır”.

Xatırladaq ki, “Katyuşa” 2023-cü ilin yayın sonunda Moskva zooparkında anadan olub . Beləliklə, “Katyuşa” Moskva zooparkında doğulan ilk panda kimi tarixə düşüb.



Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO