Slovakiya Baş nazirinin son vəziyyəti necədir?

Slovakiya Baş nazirinin son vəziyyəti necədir?

Hazırda oxunan: Slovakiya Baş nazirinin son vəziyyəti necədir?

192340

Baş nazir Robert Fiko həyatına sui-qəsdən sonra son vəziyyəti açıqlanıb. Həkimlər bildirirlər ki, onun əməliyyatı uğurlu alınıb, indi süni koma vəziyyətindədir.

Bizim.Media Slovakiya mətbuatına istinadən xəbər verir ki, Baş nazir çoxlu qan itirib, lakin heç bir əsas damar zədələnməyib, həyatı təhlükədə deyil.

Xatırladaq ki, polis sui-qəsd cəhdi ilə bağlı araşdırmaya başlayıb, bu gün mətbuat konfransı keçiriləcək.

Bildiyiniz kimi, sui-qəsdçi saxlanılıb. Bu, Levice şəhərinin sakini, 71 yaşlı yazıçı Juraj Cintuladır. O, hakimiyyətin siyasəti ilə razılaşmadığını bildirib. Yazıçı Baş nazirə 5 dəfə atəş açıb.
Parlamentin dörd vitse-spikerindən ikisi sui-qəsd cəhdində liberal müxalifəti - partiyaları və medianı günahlandırıb.

Bu gün həmçinin Slovakiya Dövlət Təhlükəsizlik Şurasının fövqəladə iclası keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO