Rusiya Prezidenti Vladimir Putin Çinə rəsmi səfərə gedib.
Bizim.Media xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.
Səfərin iki gün olacağı və iki mərhələdə baş tutacağı bildirilir: Putin mayın 16-da Pekində olacaq, mayın 17-də isə Harbinə səfər edəcək.
Qeyd edək ki, bu, dövlət başçısının beşinci müddətə vəzifəyə başladıqdan sonra ilk xarici səfəridir.
Bizim.Media