Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Slovakiyanın baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdini pisləyib.
Bizim.Media xəbər verir ki, Ərdoğan bununla bağlı rəsmi “X” hesabında paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
Slovakiyada hökumət binasında atışma: Baş nazir yaralandı - FOTO-VİDEO
“Slovakiyanın baş naziri Robert Fitsonun həyatına sui-qəsd cəhdini qətiyyətlə pisləyirəm və hücumda yaralanan cənab Fitsonun tezliklə sağalmasını arzulayıram.
Slovakiya xalqına və hökumətinə ölkəm və millətim adından ən xoş arzularımı çatdırıram”, - deyə Türkiyə lideri qeyd edib.
Bizim.Media