“Əgər qanun (“xarici agentlər” haqqında – red.) Avropa İttifaqı (Aİ) standartlarına uyğun gəlməzsə və demokratiyanı sarsıdarsa, dinc nümayişçilərə qarşı zorakılıq baş verərsə, o zaman biz ABŞ tərəfindən Gürcüstana qarşı müəyyən məhdudiyyətlər görəcəyik”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşündən sonra bildirib.
O qeyd edib ki, sanksiyalara, xüsusən də məsul şəxslər və onların ailə üzvləri üçün maliyyə və yaxud səyahət məhdudiyyətləri daxil ediləcək.
Qeyd edək ki, Zurabişvili görüş sonrası mübahisəli qanun layihəsinə veto qoyacağını açıqlayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:43 / 14.05.2024
ABŞ bu hallarda Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar TƏTBİQ EDƏCƏK
Hazırda oxunan: ABŞ bu hallarda Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar TƏTBİQ EDƏCƏK
Hazırda oxunan: ABŞ bu hallarda Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar TƏTBİQ EDƏCƏK
192115
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.