Prezident Vladimir Putin Rusiya Federasiyası Hökumətinin üzvlərinin və xidmət direktorlarının təyin edilməsi haqqında fərman imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Andrey Belousov müdafiə naziri, Vladimir Kolokoltsev Daxili İşlər, Aleksandr Kurenkov isə Fövqəladə Hallar nazirliklərinin rəhbərləri postlarını qoruyublar.
Sergey Lavrov yenidən Xarici İşlər Nazirliyinin rəhbəri təyin edilib, Konstantin Çuyçenko isə Ədliyyə Nazirliyinin rəhbəri olaraq qalıb.
Ölkənin Baş nazir postuna Mixail Mişustin gətirilib.
Qeyd edək ki, ümumilikdə hökumətin tərkibinə baş nazir, onun 10 müavini və 21 nazir daxildir. Beş nazir - daxili işlər, xarici işlər, müdafiə, fövqəladə hallar və ədliyyə nazirliklərinin rəhbərləri birbaşa prezidentə hesabat vermək səlahiyyətlərinə malikdirlər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:06 / 14.05.2024
Putin Rusiya hökumətinin yeni tərkibini TƏSDİQLƏDİ - FOTO
Hazırda oxunan: Putin Rusiya hökumətinin yeni tərkibini TƏSDİQLƏDİ - FOTO
Hazırda oxunan: Putin Rusiya hökumətinin yeni tərkibini TƏSDİQLƏDİ - FOTO
192110
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.