Blinken Kiyevdə Zelenski ilə görüşəcək

Blinken Kiyevdə Zelenski ilə görüşəcək

Hazırda oxunan: Blinken Kiyevdə Zelenski ilə görüşəcək

191939

ABŞ Dövlət katibi Antoni Blinken Ukraynaya səfərə gedib.

Bizim.Media ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, səfər ABŞ-ın Ukraynaya dəstəyini ifadə etmək və yüksək səviyyəli Ukrayna rəsmiləri ilə görüşmək məqsədilə həyata keçirilib. 

Səfər zamanı Dövlət katibinin Prezident Vladimir Zelenski, Baş nazir Denis Şmıqal və xarici işlər naziri Dmitri Kuleba ilə görüşü nəzər tutulub. Görüşlərdə döyüş bölgəsində vəziyyət, ABŞ-ın yeni təhlükəsizlik və iqtisadi yardımının təsirləri, uzunmüddətli təhlükəsizlik və digər öhdəliklər və Ukraynanın iqtisadi bərpasını gücləndirmək məqsədilə görülən işlər müzakirə ediləcək. 

Bildirilir ki, səfər zamanı A.Blinken ölkəsinin Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və demokratiyasına sadiqliyini bir daha vurğulayacaq.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO