Ukraynanın Xarkov vilayətinin bəzi yaşayış məntəqələrindən 6 minə yaxın insan təxliyə edilib.
Bizim.Media xəbər verir ki, bunu vilayətin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.
Vilayətin mülki administrasiyasının rəhbəri Vitali Qançev isə qoşunların təmas xəttində, o cümlədən sərhəd bölgəsində döyüşlərin şiddətləndiyi barədə məlumat verib.
Eyni zamanda, Ukrayna Müdafiə Nazirliyi silahlı qüvvələrin ehtiyat hissələrinin Xarkov vilayətindəki Volçansk istiqamətinə göndərildiyini bildirib. Yerli hakimiyyət orqanları Volçansk şəhərindən əhalinin təxliyə edildiyini açıqlayıb.
Bizim.Media