Rusiyada yeni müdafiə naziri TƏYİNATI – Ukraynada müharibənin seyri necə DƏYİŞƏCƏK?

Rusiyada yeni müdafiə naziri TƏYİNATI – Ukraynada müharibənin seyri necə DƏYİŞƏCƏK?

Hazırda oxunan: Rusiyada yeni müdafiə naziri TƏYİNATI – Ukraynada müharibənin seyri necə DƏYİŞƏCƏK?

191782

Rusiya prezidenti Vladimir Putin Ukraynada uzun sürən müharibəyə hazırlığı gücləndirmək və NATO ilə gələcək qarşıdurmaya hazırlaşmaq üçün Sergey Şoyqunu Andrey Belousovla əvəz edib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Müharibələrin Araşdırılması İnstitutunun (ISW) hesabatında qeyd olunub.

Ekspertlər hesab edirlər ki, Putin iqtisadiyyat və müdafiə sənayesi bazasının səfərbər edilməsi istiqamətində mühüm addımlar atır. Bu baxımdan iqtisadiyyat və innovasiya layihələrinin idarə edilməsi sahəsində təcrübəsi olan Belousov bu prosesdə əsas fiqur ola bilər.
Hesabatda xatırladılıb ki, Belousov on ilə yaxın federal hökumətdə iqtisadiyyat naziri vəzifəsində çalışıb. 24 fevral 2022-ci ildən sonra o, Kremlin iqtisadiyyatını müharibə şəraitinə yönləndirməyə kömək edib.

Bu müddət ərzində Belousov müdafiə sənayesi və PUA-lar sahəsində müxtəlif yerli innovativ layihələrin idarə edilməsində iştirak edib.

Bu da onun çətin vəziyyətdə olan Rusiya Müdafiə Nazirliyinin rəhbərliyinə gətirilməsinə təkan verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO