ABŞ İsrailə HƏMAS liderlərinin axtarışında kömək təklif edib. Bunun müqabilində İsrail ordusu Rəfah şəhərinə planlaşdırılan böyük hücumu dayandırmalıdır.
Bizim.Media xəbər verir ki, bu barədə Washington Post qəzeti yazır.
MÖVZU İLƏ BAĞLI:
İsrailin Aşkelon şəhəri raket atəşinə tutuldu - Yaralılar var
Yazıda bir mühüm detal vurğulanır ki, məqalə Amerikanın təklifi ilə tanış olan 4 nəfərə istinadən hazırlanıb.
Washington Post qəzeti həmin qaynaqlara istinadən iddia edir ki, ABŞ İsrail ordusuna HƏMAS liderlərini və terrorçuların yeraltı tunellərini tapmaqda konkret köməklik təklif edir.
Mənbələr bildiriblər ki, bu, ABŞ hökumətinin Qəzza zolağının cənubundakı qaçqınlarla dolu Rəfah şəhərində tammiqyaslı əməliyyatının qarşısını almaq səylərinin bir hissəsidir.
Bizim.Media