Bu ölkələr gələcəkdə benzin və dizeldən tamamilə imtina edəcəklər

Bu ölkələr gələcəkdə benzin və dizeldən tamamilə imtina edəcəklər

Hazırda oxunan: Bu ölkələr gələcəkdə benzin və dizeldən tamamilə imtina edəcəklər

191440


Gələcəkdə nəqliyyat vasitələrində dizel və benzini xa0qadağan edən ölkələrin sayı artmaqdadır. Dünyanın ən böyük iqtisadi gücləri xa0arasında adları çəkilən Çin, Hindistan, Fransa, İngiltərə və Norveç kimi ölkələr benzinli və dizel nəqliyyat vasitələrini müxtəlif tarixlərdə qadağan etməyə hazırlaşırlar. Beynəlxalq Enerji Agentliyi verilən məlumata görə, bu qərara gələn ölkələrin sayı səkkizə çatıb. xa0
Dünyanın ən böyük avtomobil bazarına sahib olan Çin yaxın gələcəkdə yanacaq vasitəsilə həkətə edən avtomobillərin xa0satışını dayandırmağa çalışır. Bu məqsədlə, xa0 böyük avtomobil şirkətlərinə elektrik enerjisi ilə idarə olunacaq xa0avtomobillərin hazırlanması üçün xa0səylərini artırmalarını tövsiyyə edib. Bu, Çində artıq yaxın gələcək üçün bir hədəfə çevrilib.xa0

Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Xin Guobin hökumətin xa0yanacaqla idarə olunan avtomobillərin istehsal və satışına son qoyulacaq tarixi müəyyənləşdirməyə çalışdığını bildirib. Bu qərar bütün dünyada xa0avtomobil sənayesinə böyük təsir göstərəcək.

Amma Çin bu siyahıda tək deyil. Moderator.az xəbər verir ki, İngiltərə ekoloji çirklənmənin qarşısını almaq üçün 2040-cı ildə benzinlə hərəkət edən avtomobillərin istehsal və satışına son qoyacaq. 2050-ci ildən sonra isə ümumiyyətlə, bu cür avtomobillərin istifadəsi qadağan ediləcək. İngilətərədə hər il orta hesabla 2,7 milyon avtomobil satılır. Ölkə bu göstərici ilə dünyada 6-cı yerdədir.

Fransa da qlobal istiləşmənin qarşısını almaq, ekoloji böhranı aradan qaldırmaq üçün bu yola əl atmaq fikrindədir. Orada da 2040-cı ildən etibarən əsasən, elektrik enerjisi və ya alternativ yanacaqla xa0hərəkət edəcək avtomobillər istehsala buraxılacaq.

Almaniya da benzinə “yox”x9d deyəcək ölkələr sırasındadır. Lakin burada həmin qərarın icrası ilə bağlı konkret tarix bilinmir. Ölkədə benzin yerinə təmiz yanacaqdan istifadə ediləcəyi bildirilir.
Siyahıdakı digər ölkələr bunlardı: Hindistan, Norveç, Avstriya, Danimarka, Yaponiya, Cənubi Koreya, İrlandiya, Portuqaliya, İspaniya.

Hazırladı: Elmin


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO