Ukrayna Ali Radası məhbusların könüllü səfərbər edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda qəbul edib.
Bizim.Media xəbər verir ki, qanun layihəsinə görə, qəsdən adamöldürmə, zorlama törətmiş və pedofil şəxslərlə yanaşı, milli təhlükəsizliyin əsaslarına qarşı cinayətlər törətmiş korrupsionerlər, habelə xüsusi məsul vəzifə tutmuş şəxslər – xüsusən də deputatlar və nazirlər Ukrayna silahlı qüvvələrinin sıralarına daxil ola bilməzlər.
Yalnız ağır cinayət törətməmiş məhbuslar könüllü olaraq səfərbərliyə cəlb olunacaqlar.
Ali Radanın dövlət hakimiyyətinin təşkili, yerli özünüidarəetmə, regional inkişaf və şəhərsalma komitəsinin rəhbəri Yelena Şulyak bildirib ki, qəbul edilmiş qanuna əsasən, məhkumlar Ukrayna silahlı qüvvələrinin sıralarına yalnız öz istəkləri ilə və məhkəmənin qərarı ilə daxil ola bilərlər.
Əvvəlcə şərti azadlığa namizəd müvafiq ərizə təqdim edir və cəzaçəkmə müəssisəsi onun Ukrayna Dövlət Penitensiar Xidmətinin səhiyyə müəssisələrində ilkin tibbi müayinədən keçməsini təşkil edir, çünki yalnız kifayət qədər fiziki hazırlıq səviyyəsinə malik olan məhkumlar və ruhi cəhətdən sağlam olanlar səfərbər olurlar.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:35 / 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Hazırda oxunan: Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Hazırda oxunan: Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
191186
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.