Çernobıl qəzasından 35 il keçir

Çernobıl qəzasından 35 il keçir

Hazırda oxunan: Çernobıl qəzasından 35 il keçir

19110

Bu gün Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş vermiş qəzadan 35 il keçir.

Bizim.Media xəbər verir ki, 1986-cı il aprelin 26-da yerli vaxtla saat 01:23-də Çernobıl AES-in dördüncü enerji blokunda güclü kimyəvi partlayış baş verib, nəticədə reaktor blokunun və maşın zalının bir hissəsi dağılıb.

Partlayış nəticəsində baş vermiş yanğın AES-in üçüncü enerji blokunun dam örtüyünü də əhatə edib. Hadisədən demək olar ki, dərhal sonra yanğınsöndürənlər qəza yerinə gəliblər.

Səhər saat beşə qədər yağın söndürülüb, lakin dördüncü blokun orta hissəsində yanğını yalnız mayın 10-da ram etmək mümkün olub. O vaxta qədər qrafitin çox hissəsi yanıb.

Partlayışdan və yanğından sonra yaranmış radioaktiv bulud müasir Ukrayna, Belarus və Rusiya ilə yanaşı bir sıra Avropa ölkələrinin – İsveç, Avstriya, Norveç, Almaniya, Finlandiya, Yunanıstan, Rumıniya, Sloveniya, Litva və Latviyanın ərazilərini də bürüyüb. Nüvə hadisələrinin beynəlxalq şkalası (INES) üzrə bu qəzaya ən yüksək – yeddinci təhlükə dərəcəsi mənimsədilib.

Moskva və Ukrayna SSR-in rəhbərliyi qəza faktını və ekoloji fəlakətin nəticələrini gizlədirdi. Radiasiya səviyyəsinin artması barədə birinci olaraq İsveç məlumat verib. SSRİ-də bu barədə ilk rəsmi məlumat yalnız aprelin 28-də elan edilib.

Qəzadan sonrakı ilk günlərdə radiusu 10 kilometr olan zonada yaşayan əhali təxliyə edilib, sonradan təxliyə zonasının radiusu 30 kilometrədək artırılıb.

Ümumiyyətlə, Ukraynada 2293 yaşayış məntəqəsi radioaktiv zəhərlənməyə məruz qalıb. Ötən əsrin 80-ci illərinin sonunda həmin yaşayış məntəqələrində 2,6 milyondan çox insan yaşayırdı. Kənd təsərrüfatı təyinatlı 5 milyon hektardan artıq torpaq sahəsi bu qəza nəticəsində yararsız vəziyyətə düşüb.

Növbəti 15 il ərzində radioaktiv şüalanma 60-80 insanın ölümünə səbəb olub. 134 nəfər şüa xəstəliyinə tutulub.

Tibbi tədqiqatların məlumatına görə, Çernobıl qəzasından sonra Avropa əhalisi arasında onkoloji xəstəliklərin sayı kəskin şəkildə artıb.

Bu qəzanın qurbanlarının dəqiq sayı hələ də məlum deyil. Ümumdünya Səhiyyə Təşkilatının 2005-ci ildə dərc edilmiş məlumatında göstərilir ki, Çernobıl faciəsi nəticəsində ölənlərin sayı 4 minə qədər ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO