Böyük Britaniyadan sensasion açıqlama: “Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıyacağıq”

Böyük Britaniyadan sensasion açıqlama: “Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıyacağıq”

Hazırda oxunan: Böyük Britaniyadan sensasion açıqlama: “Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıyacağıq”

19101

Böyük Britaniya hökuməti Şimali Kipr Türk Respublikası ilə bağlı sensasion açıqlama verib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumat Böyük Britaniyanın “express.co.uk” saytında yer alıb.

Mənbə yazır ki, rəsmi London Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanımağa hazırlaşır. 

Britaniya önümüzdəki həftə Cenevrədə keçiriləcək danışıqlarda təxminən 60 ildir ki, Kipr adasını ikiyə bölən siyasi böhranı sülh yolu ilə həll etmək istəyir.

“Sunday Express” nəşrinə danışan Şimali Kipr Respublikasının Prezidenti Ersin Tatar Boris Conson hökumətini iki dövlət planını dəstəkləməyə çağırıb.

O,  Britaniyanın Aralıq dənizinin şərqində yerləşən ada üçün neytral qarant rolunu oynayacağına inanır: “Nəticədə həm kiprli yunanlara, həm də kiprli türklərə qarşı tarazlı bir münasibət yaranacaq”.

Uatholdakı mənbələr “Sunday Express”ə bildiriblər ki, britaniyalı nazirlər Şimali Kipri müstəqil dövlət kimi tanımağı düşünürlər. Bu problemin həlli Britaniyada yaşayan 300 min kiprli türkə öz ölkələrinə birbaşa uçuşlara icazə verəcək. 

Minlərlə Britaniya vətəndaşının da Şimali Kiprə gedib-gəlməyi asanlaşacaq və onlar ölkənin cənubundakı  populyar kurortlarda dincələcəklər. 1964-cü ildən bəri ada məcburən iki yerə bölünüb.

Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) rəsmi olaraq 1983-cü ildə qurulub.

O vaxtdan bəri adada federasiya üçün bir neçə dəfə cəhdlər olub. Bunlardan sonuncusu 2004-cü ildə BMT-nin keçmiş Baş Katibi Kofi Annanın vasitəçiliyi ilə kiprli yunanlar tərəfindən referendumda rədd edilib, lakin kiprli türklər tərəfindən dəstəklənib.

Xatırladaq ki, Şimali Kipr beynəlxalq cəmiyyət tərəfindən rəsmən tanınmadığı üçün iqtisadiyyat, nəqliyyat və idman kimi bir çox aparıcı sahələrdə embarqolar tətbiq olunur.

Yalnız Türkiyə tərəfindən tanınan Şimali Kipr İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvü, Avropa Şurası Parlament Assambleyasının isə tam hüquqlu üzvlərindən biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO