Arutunyan ölüb, ya da ki ÖLÜB!

Arutunyan ölüb, ya da ki ÖLÜB!

Hazırda oxunan: Arutunyan ölüb, ya da ki ÖLÜB!

1910

Separatçıların liderinin ölümünü təsdiq edən KONKRET FAKT

Bu gün Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Araik Arutunyanın əmri ilə  Arsax Milli Təhlükəsizlik Xidmətinin sədr müavini polkovnik Norayr Mirzoyana general-mayor ali hərbi rütbəsi verilib.

1 noyabr tarixində Araik Arutunyan tərəfindən imzalanan fərmana əsaəsən bu gün Norayr Mirzoyana general-mayor rütbəsi təhvil verilib.

Lakin hadisədə diqqət çəkən əsas məqam general rütbəsinin Mirzoyana verilməsi mərasimində Araik Arutunyanın iştirak etməməsi olub. Ali hərbi rütbə Arsax Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Kamo Ağacanyan tərəfindən təqdim olunub.

Xatırladaq ki, general-mayor rütbəsi ali hərbi rütbə hesab olunur və ancaq prezident tərəfindən verilir. Yalnız prezident vəzifəsini icra edə bilmədiyi təqdirdə onu əvəz edən şəxslər tərəfindən təqdim oluna bilər.

Çox vaxt ön cəbhədəki əsgər və zabitlərlə görüşlər keçirən Araik Arutunyanın ali hərbi rütbəni şəxsən özünün vermədiyi isə onun artıq həyatda olmadığının təsdiqidir.

1 noyabr 2020-ci il tarixində Azərbaycan Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Araik Arutunyanın öldürüldüyü haqqında məlumat verilmişdi. Ermənistan tərəfi isə israrla bu informasiyanı təkzib edirdilər.

Bəs onda belə bir təqdimatı video çəkiliş edib Azərbaycan tərəfinin “paxırını” açmaq fürsətini erməni niyə əldən buraxsın ki?

Məntiq sadədir: Araik Arutunyanın öz vəzifəsini icra edəcək vəziyyətdə deyil. Ya ölüb, ya da ki ÖLÜB! 

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO