Çexiya hökuməti 2022-ci ilin sonunda Praqaya qayıdan ölkənin Rusiya Federasiyasındakı səfiri Vitezslav Pivonkanı vətəninə rəsmən geri çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “CTK” agentliyi Çexiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Nazirlik agentliyin müvafiq sualını cavablandıraraq bildirib ki, Pivonka mayın sonunda səfir postunu tərk edəcək.
Çexiyanın xarici işlər naziri Yan Lipavski bundan əvvəl Moskvada görülən işlərə görə ona minnətdarlığını bildirmişdi.
Pivonka Praqaya getdikdən sonra Çexiyanın Rusiya Federasiyasındakı səfirliyinə faktiki olaraq müvəqqəti işlər vəkili Yan Ondrjeyka rəhbərlik edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:15 / 05.05.2024
Çexiya Rusiyadakı səfirini rəsmən geri çağırdı
Hazırda oxunan: Çexiya Rusiyadakı səfirini rəsmən geri çağırdı
Hazırda oxunan: Çexiya Rusiyadakı səfirini rəsmən geri çağırdı
190564
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.