İsrail və HƏMAS arasındakı Qahirə danışıqları nəticəsiz başa çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə “CBS News” telekanalı məıumat yayıb.
Qeyd olunub ki, İsrail Fələstin tərəfinin 6 günlük atəşkəs təklifinə cavab verənədək müzakirələrə qatılmayacaq.
Xarici mətbuatın yazdığına görə, İsrailin baş naziri Benyamin Netanyahu qarşı tərəfə ultimatum göndərərək, Qəzzada hərbi əməliyyatların 7 gün müddətinə dayandırılması razılaşdırılmasa, ÇAXAL ordusu Rəfahda hərbi əməliyyatlara başlayacağını bildirib.
Onu da xatırladaq ki, tərəflər HƏMAS-ın saxladığı 130 nəfərdən çox girovun azadlığa buraxılması məsələsində də konsensus əldə edə bilməyiblər.
Bu arada, Vaşinqton indiyədək onların çox az hissəsinin həyatda olduğu ehtimalını açıqlayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:55 / 05.05.2024
İsrail və HƏMAS arasındakı danışıqlar nəticəsiz başa çatdı
Hazırda oxunan: İsrail və HƏMAS arasındakı danışıqlar nəticəsiz başa çatdı
Hazırda oxunan: İsrail və HƏMAS arasındakı danışıqlar nəticəsiz başa çatdı
190542
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.