Ukrayna ordusu Rusiyanın Su-25 təyyarəsini vurdu

Ukrayna ordusu Rusiyanın Su-25 təyyarəsini vurdu

Hazırda oxunan: Ukrayna ordusu Rusiyanın Su-25 təyyarəsini vurdu

190530

Ukrayna əsgərləri Rusiyanın Su-25 təyyarəsini vurub.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, hərbi analitik, Rusiya-Ukrayna müharibəsinin veteranı, Milli Qvardiyanın ehtiyatda olan mayoru Aleksey Getman qeyd edib ki, bu, cəbhə xəttində yerləşən hücum təyyarəsidir və o qədər də sürətli deyil (maksimum sürət 950 km/saatdır).

Ekspert bildirib ki, Rusiyanın hələ də 200-dən bir qədər az belə təyyarəsi var: “Bu, qoşunlarımıza zərər vurmaq baxımından olduqca yaxşı təyyarədir”.
O, əlavə edib ki, Su-25 birbaşa təmas xəttində döyüş əməliyyatlarını dəstəkləmək üçün hazırlanıb.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələri rusların son 24 saat ərzində bir təyyarə itirdiyini bildirib. Beləliklə, 5 may 2024-cü il tarixinə Rusiya Federasiyasının ümumi aviasiya itkiləri belədir: 349 təyyarə və 325 helikopter məhv edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO