Gürcüstanda xarici agentlər haqqında qanuna etirazlar yenidən bərpa edilib.
Bizim.Media xəbər verir ki, bu dəqiqələrdə etirazçılar parlament binasının qarşısına toplaşıblar.
Aksiya iştirakçıları Rustaveli prospektini bağlayıblar.
Artıq Gürcüstan parlamentinin qarşısında səhnə qurulub və orada tezliklə siyasi çıxışlar başlayacaq.
Etirazçıların digər toplanış yeri Rustaveli prospektindən bir neçə kilometr uzaqlıqda yerləşən Qəhrəmanlar meydanıdır. Orada bir neçə yüz tələbə oturaq aksiya keçirir. Onlar “Rusiya qanunlarına yox” şüarı səsləndirirlər.
Bizim.Media