Amerikanın Morqan Stanley bankı Texas ştatında baş verən “Harvi”x9d qasırğasının ölkə iqtisadiyyatına 40 milyard dollar zərər verdiyini açıqlayıb.
Moderator.az ABŞ mətbuatına istinadən xəbər verir ki, bu təxminlər doğru çıxarsa “Harvi”x9d ABŞ-a ciddi ziyan vuran ən dəhşətli qasırğa kimi tarixə düşəcək. Bundan əvvəl “Katrina”x9d qasırğası (2005) 160, “Sandy”x9d xa0qasırğası (2012) 70, “Andrev”x9d qasırğası (1992) isə ABŞ-a 48 milyard dollar ziyan vurmuşdu.
xa0
Bankın açıqlamasında “Harvi”x9d qasırğasının vurduğu zərərin çoxunu sığorta şirkətlərinin qarşılayacağı bildirilir. Ölkənin iri sığorta təşkilatları hələ sığortaolunanlara ödəyəcəkləri vəsaitin məbləğini açıqlamayıblar.Sığorta təşkilatları “Katrina”x9d qasırğasından sonra 80, “Sandy”x9d qasırğasından sonra isə 36 milyard dollar sığorta ödənişi həyata keçirmişdi. Bu da sığorta şirkətlərinin ciddi maliyyə sıxıntısı ilə üzləşməsinə səbəb olmuşdu.
“Harvi”x9d qasırğasının ABŞ-ın enerji mərkəzi Texasda baş verməsi ölkənin neft istehsalına da ciddi təsir etdiyi bildirilir. Məlumatlara görə, ölkənin neft istehsalı 2,2 milyon barel azalıb. Bu da dünyada neftin qiymətinin bahalaşmasına səbəb ola bilər.
Qeyd edək ki, “Harvi”x9d qasırğası 11 nəfərin həyatına son qoyub.

































































































