Şimali Koreyanın yeni raket sınağı bütün qonşu ölkələrdə ciddi narahatlıq yaradıb. Moderator.az Modern.az-a xa0istinadən dünyanın ən təhlükəli raketləri və onların sahibləri haqda informasiyaları təqdim edir.
xa0
Rusiya dünyada ən təhlükəli raketlərə malik ölkə kimi tanınır. Belə ki, rəsmi Moskvanın arsenalında hələ Sovet İttifaqı dövründə hazırlanmış dünyanın ən uzun məsafə qət edən və dağıdıcı gücə malik P-36M2 “Voevoda”x9d raketləri var. 16 min kilometr məsafə qət edə bilən “Voevoda”x9d 750 kiloton gücə malikdir və 10-a qədər nüvə başlığı daşımaq iqtidarındadır.
Rusiyanın malik olduğu 2-ci ən güclü raket PC-24 “Yars”x9d ballistik raketləridir. Bu raketlər 12 min kilomer məsafədəki hədəfi məhv edir və 300 kiloton dağıdıcı gücə malikdir.xa0
Moksvanın arsenalında olan RT-2PM2 “Topol”x9d raketləri isə 11500 kilometrə qədər məsafəyə uçur və 500 kiloton zərbəyə malikdir. Bundan başqa, rusların 7 minə qədər nüvə başlığı var.
xa0
ABŞ-ın arsenalında yalnız “Minuteman III”x9d ballistik raketi mövcuddur. Uzaqdakı hədəfləri effektiv məhv etməklə bağlı problemlər olsa da, bu ballistik raket əlverişli coğrafi şəraitdə yerləşdiyi üçün istənilən hədəfi məhv edə bilər. Bu raketlər 350 kiloton partlayıcı daşımağa qadirdir. Rəsmi Vaşinqtonun 6800 nüvə başlığı var.
xa0
Çin ballistik raket istehsalını 1950-ci illərdə SSRİ-nin köməyi ilə gerçəkləşdirib. Lakin hazırda Çinin hərbi sənayesi yeni raket növləri istehsal edir. Bu raketlər arasında “Dunfen-41”x9d 15 min kilometr məsafəyə qədər uça bilir. Eyni zamanda 10 nüvə başlığı daşıyan “Dunfen”x9d raketləri 150 kiloton gücə malikdir. Çin Xalq Respublikasının ümmilikdə 270 nüvə başlığı mövcuddur.
xa0
Dünyanı qorxudan Şimali Koreyaya gəldikdə isə bu kommunist ölkəsinin 20 nüvə başlığı və hədəfi 15 min kilometr məsafədə məhv etməyə qadir “Tepdonod-2”x9d ballistik raketləri var.
































































































