Fransa tarixinin QANLI SƏHİFƏLƏRİ – Fransızlar yəhudilərə necə divan tutublar?

Fransa tarixinin QANLI SƏHİFƏLƏRİ – Fransızlar yəhudilərə necə divan tutublar?

Hazırda oxunan: Fransa tarixinin QANLI SƏHİFƏLƏRİ – Fransızlar yəhudilərə necə divan tutublar?

189726

Bu gün fransızların sivilizasiyaya və tarixə ləkə olan hərəkətinin daha birinin ildönümüdür. 1563-cü ilin məhz bu günündə Kral VI Çarlzın əmrilə yəhudilərin növbəti dəfə Fransadan qovulmasına  başlanıldı.

Hər kəsə yüksək dəyərlərdən danışan, digər dövlətlərə və xalqlara tolerantlıq dərsi keçmək istəyən Fransanın tarixində bu cür utancverici faktlar kifayət qədər çoxdur. Fransa təkcə müsəlmanlara qarşı yox, digər dininin daşıyıcılarına qarşı tarix boyu amansız olub. Bu mənada fransızlar tərəfindən ən çox soyqırımına, deportasiyaya və işgəncələrə məruz qalan xalqlardan biri də yəhudilər olub.

Fransızlar ilk dəfə yəhudi qırğınını nə zaman törədib?

Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, yəhudilər ilk dəfə fransızların zülmü ilə 1388-ci ildə üzləşiblər. Belə ki, həmin tarixdə Paris yəhudiləri “Parisli Deni-Maşa” günündə vəftiz edilmişlərin yenidən yəhudiliyi qəbul etməkdə günahlandırıldılar. Ona görə Kralın əmri ilə yeddi yəhudi odda yandırılmağa məhkum edildi. 

Paris Parlamenti bu hökmə qarşı çıxdı. Yəhudiləri üç şənbə günü ardıcıl olaraq cismani cəzaya, daha sonra isə onların ölkədən qovulmasına, eləcə də əmlaklarının müsadirə edilməsinə qərar verildi. Bundan istifadə edən fransızlar iri topaq sahibləri olan yəhudiləri qovmağa başladılar. Parlamentin qərarını əsas tutaraq fransızlar qovulan yəhudilərə özləri ilə hətta geyim əşyaları götürməyə də imkan vermədilər.

Yəhudiliyə qarşı düşmənçiliyi təşviq edənlərdən biri Kral Çarlzın həyat yoldaşı Kraliça İzabon idi. Məhz onun təkidi ilə 1394-cü il sentyabrın 17-də Kral Çarlz yəhudilərin “xristianlara qarşı uzun müddətdir davam edən pislikləri və cinayətlərini” əsas tutaraq bir Fərman imzaladı.

Bu Fərmana görə yəhudilər Fransada bütün hüquqlardan məhrum edildi. Yəhudilər artıq bu ölkədə torpaq ala, mülk sahibi ola bilməzdi. Ən qısa zamanda yəhudilər krallığın ərazilərini tərk etməliydi. 

Bu fərmanın icrası üçün yəhudilərə Fransadakı işlərini bitirmələri üçün güzəşt müddəti verildi. Yəhudilər bu güzəşt müddətində daşınmaz əmlaklarının satmalı və borclarını ödəməli idilər. Fərmanda o da göstərilmişdi ki, güzəşt müddətində yəhudilər borclarını qaytara bilməsələr, onda onların əmlakları müsadirə edilməli idi. Əmlakı olmayanlar isə, borc sahibi qarşısında kölə kimi çalışmalıydı.

1482-ci ildə Provansda yəhudilərinin imtiyazları təsdiqləndi. 

Yeni qərar yəhudilərə bir nəfəslik verdi. Lakin cəmi iki il sonra 1484-cü ilin məhsul yığımı mövsümündə müxtəlif bəhanələrlə yəhudilərə yenidən hücumlar oldu. Əmlakları əllərindən alınan yəhudilər fransızlar tərəfindən ən ağır şəkildə təhqir və istismar olundular. Beləcə, 1485-ci ildə yəhudilər növbəti dəfə deportasiyaya məruz qaldılar.

Ümumiyyətlə, yəhudilərin Fransadan qovulması üçün güclü qanunvericilik bazası hazırlanmışdı. Məsələn, XII Lüdovik 1498-ci ildə kral kimi ilk çıxışlarından birində Provans yəhudilərinin qovulması üçün ümumi əmr verdi. Lüdovikin imzaladağı fərman 1500 və 1501-ci ildə təkrarən yeniləndi. Əvəzində Provans yəhudilərinə xristianlığı qəbul etmək imkanı verildi. 

O zaman əlacsız qalan bəzi yəhudilər xristianlığı qəbul etdilər. Lakin bir müddət sonra yəhudilərin getməsi nəticəsində yaranan gəlir itkisinini kompensasiya etmək üçün kral “neofit vergisi” adlı xüsusi vergi tətbiq etdi. Bu qərarsa dinini dəyişənlər və onların övladlarını sosial ayrı-seçkilik və böhtan hədəfinə çevirdi.

Yəhudilərin qayıdış cəhdi

XVII əsrin ikinci yarısında bir sıra yəhudilər Provansa qayıtmağa cəhd etdilər. Bu arada baş verən Fransız İnqilabı Provansın inzibati strukturunu ləğv etdi. Bundan sonra İspaniya və Portuqaliyadan Fransanın cənub şəhərlərinə yəhudi köçü başladı. Amma gələn insanlara yəhudi demək qadağan edilmişdi və onlar “yeni xristianlar” adı ilə Fransada yaşamaq hüququ aldılar. Xüsusilə 1730-cu ildən sonra xristianlığı qəbul etmiş xeyli yəhudi Fransaya dönə bildi.

Yeni gələn yəhudilər ağır vergilərə və məhdudiyyətlərə tab gətirəcəkləri halda, onların digər bölgələrə köçünə də icazə verildi. Beləliklə, Fransada yəhudilərin iki kateqoriyası formalaşmağa başladı. Krallığın cənubda “yeni xristian” kimi yaşayan yəhudilər yavaş-yavaş bir sıra imtiyazlar əldə etdilər. Lakin bir müddət sonra  imtiyazlı və maddi cəhətdən təhlükəsiz olanlar “yeni xristian” maskasını atdılar və yəhudi olduqlarını elan etdilər. 

Lakin bu addımı atanlar ciddi təqiblərə məruz qaldılar. Nəzərə alaq ki, Krallığın Elzas və Lotaringiya bölgələrindəki yəhudilərin praktiki olaraq heç bir hüququ yox idi. Onlar ən aşağı kateqoriyanı təmsil edirdilər. 

1900-cü illərin əvvəllərində Fransada yəhudilərin həyat şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşması yəhudi immiqrasiyasının yeni dalğasına gətirib çıxardı. 1920-ci illərdə antisemitizm azaldı. Ona görə ki, Birinci Dünya Müharibəsi zamanı bir çox yəhudi Fransa uğrunda döyüşərkən həlak oldu. 1930-cu illərdə yəhudilərə qarşı antisemitizm yenidən canlandı. O zaman Fransada çoxları deyirdi ki, bizim əsl düşmənlərimiz yəhudilər və masonlardır:

“Yəhudilər yataq böcəyi kimidir”.

1940-cı ilin iyununda nasist Almaniyası tərəfindən işğal edilən Fransada təxminən 330 min, Şimali Afrikadakı Fransız koloniyalarında isə 370 min yəhudi var idi. Fransadakı 330 min yəhudinin yarısının vətəndaşlığı vardı. 

1940-cı ilin yayından etibarən Fransada zəngin yəhudi ailələrinin toplanılmasına başlanıldı. 1940-cı ilin payızında isə ilk anti-yəhudi tədbirlərini həyata keçirilməyə başlanıldı. 3 oktyabr 1940-cı ildə Fransadakı nasist hökuməti tərəfindən "Yəhudilərin statusu" adlı qanun qəbul edildi. Qanunun 9-cu bəndinə əsasən bu status Fransanın bütün müstəmləkələrində yaşayan yəhudilərə aid edilirdi. 

Bu status Fransa ərazisində yaşayan bütün etnik yəhudiləri onların mülki hüquqlarından məhrum edir və onlara müəyyən vəzifələrdə  işləməyi ümumən qadağan edirdi. 4 oktyabr tarixində imzalanmış bu Qanuna görə müxtəlif ölkələrdən Fransaya pənah gətirmiş xarici yəhudilər ölkənin cənubunda yerləşən müxtəlif həbs düşərgələrinə göndərilməli idi ki, bunlardan da ən məşhuru Qüds həbs düşərgəsi idi. 

Bürkel əməliyyatı zamanı bölgədən 6500 nəfər yəhudi deportasiya olundu. 

Yalnız qarışıq nikahları olan yəhudilərə öz ərazilərində yaşamağa icazə verilirdi. 1941-ci ilin martında Vişi rejimi tərəfindən ölkədə anti-yəhudi propaqandasının həyata keçirilməsi və yəhudilərə qarşı müəyyən tədbirlərin görülməsi işləri ilə məşğul olan Yəhudi İşləri üzrə Baş Komissarlıq yaradıldı. Eyni zamanda, almanlar işğal etdikləri ərazilərdə yəhudilərin qeydiyyatı işlərinə başlamışdılar. 

2 iyun 1941-ci ildə Vişi hökuməti tərəfindən qəbul olunan İkinci Statusa əsasən bütün ölkə ərazisində, o cümlədən Şimali Afrikada etnik yəhudilərin qeydiyyatı prosesi rəsmiləşdi. Yeni qərara görə ölkədə yaşayan bütün yəhudilər üzərilərində sarı “Davud ulduzu” nişanı gəzdirməli idi.

Nəticədə, minlərlə yəhudi qətl edildi, onminlərlə yəhudi həbs olundu. Və onminlərlə yəhidi isə deportasiya edildi.

Təsadüfi deyil ki, 1995-ci ildə Fransa prezidenti Jak Şirak yəhudilərin əsir düşərək həbs düşərgələrinə sürgün edilməsində fransız polisi və hökumət rəsmilərinin şərikliyinə görə yəhudi icmasından rəsmi olaraq üzr istədi. Jak Şirak yalnız 1940-1945-ci illərdə törədilən cinayətlərə görə üzr istədi. Bəs yaxın 800 ildə yəhudilərə qarşı törədilən soyqırımına, deportasiya aktına görə kim üzr istəyəcək, kimlər cavab verəcək?!

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO