"Russkiy mir" ideoloqu, avrasiyaçı Aleksandr Duqin Tramppərəst sağ-mühafizəkar jurnalist Taker Karlsona müsahibə verib.
Bizim.Media xəbər verir ki, adı sanksiya siyahısında olan Duqin Karlsona müsahibəsində Qərbin özünü məhv etdiyini iddia edib:
"İndividualizm insan təbiətinin yanlış anlaşılmasıdır və bu, Qərbin özünü məhv etməsinə səbəb olur".
Duqinin sözlərinə görə, ABŞ-da Putin Rusiyası ilə müqayisədə daha çox insan SSRİ haqqında yaxşı fikirdə idi, çünki Putin ənənəvi dəyərləri “nüvə silahı ilə” müdafiə edirdi. Duqin bunu “rusofobiyanın və Putinə nifrətin” kökü kimi görür.
Qeyd edək ki, Aleksandr Duqin Vladimir Putini və Ukraynadakı müharibəni fəal şəkildə dəstəkləyən rus filosofu və publisistidir. 2014-cü ildən Aİ-nin, 2015-ci ildən isə ABŞ, Kanada və digər ölkələrin sanksiyalar siyahısına daxil edilib.
2022-ci ilin avqustunda Aleksandr Duqinin qızı Daria avtomobilinin partladılması nəticəsində ölüb. Bundan əvvəl Taker Karlson Vladimir Putindən müsahibə alıb.
- A-
- A
- A+
Dünya
12:20 / 30.04.2024
Karlson bu dəfə Duqindən müsahibə götürdü - VİDEO
Hazırda oxunan: Karlson bu dəfə Duqindən müsahibə götürdü - VİDEO
Hazırda oxunan: Karlson bu dəfə Duqindən müsahibə götürdü - VİDEO
189695
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.