Xəbər verdiyimiz kimi bu gün Gürcüstan parlamentində hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi dəstəklənib.
Bizim.Media xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili qanun layihəsinin dəstəklənməsinə münasibət bildirib.
“Dünən Rusiya qanunlarına və Gürcüstanın Avropa gələcəyinə qarşı kütləvi kortəbii etirazların 15-ci günü idi. Bu gün Putinin tərəfdarları, dövlət qulluqçuları hakim partiyanın qərarlarını alqışlamaq üçün Tbilisiyə axışıblar.
Əsl Gürcüstan azad Gürcüstandır! Avropalı Gürcüstandır!”, - deyə ölkə başçısı qeyd edib.
Qeyd edək ki, hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyası “Xarici agentlər haqqında” qanun layihəsinə ictimai dəstəyin olduğunu göstərmək üçün özü parlament binasının qarşısında mitinq təşkil edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:05 / 29.04.2024
Zurabişvilidən parlamentin son qərarına REAKSİYA: "Əsl Gürcüstan azad Gürcüstandır!”
Hazırda oxunan: Zurabişvilidən parlamentin son qərarına REAKSİYA: "Əsl Gürcüstan azad Gürcüstandır!”
Hazırda oxunan: Zurabişvilidən parlamentin son qərarına REAKSİYA: "Əsl Gürcüstan azad Gürcüstandır!”
189622
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.