ABŞ və müttəfiqləri Ukraynaya 25-30 ədəd HIMARS və MLRS reaktiv yaylım atəşi sistemləri təhvil verəcək.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Aparatının rəhbəri Andriy Yermak öz Telegram kanalında yazıb.
Onun sözlərinə görə, söhbət həm də MLRS üçün böyük miqdarda sursatdan gedir.
“Məhz MLRS üçün raketlərin çatdırılmasının logistikası indi əsas məsələdir və hərbçilər məni burada yaxşı başa düşəcəklər.
Cəbhənin müxtəlif sahələrində MLRS-nin sabit və səmərəli fəaliyyətini təmin etmək üçün bu logistika sistemlidir və olacaqdır”.
Bundan əvvəl ABŞ Konqresinin nümayəndə heyəti Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb və ona gələcəkdə Ukraynaya hərbi yardım göstərəcəyini vəd edib.