Şoyqu korrupsiya ittihamı ilə saxlanılan müavinini İŞDƏN ÇIXARDI

Şoyqu korrupsiya ittihamı ilə saxlanılan müavinini İŞDƏN ÇIXARDI

Hazırda oxunan: Şoyqu korrupsiya ittihamı ilə saxlanılan müavinini İŞDƏN ÇIXARDI

188861

Rusiyanın müdafiə naziri Sergey Şoyqu korrupsiya ittihamı ilə saxlanılan müavini Timur İvanovu vəzifəsindən uzaqlaşdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə TASS Rusiya Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat verib. 

Şoyqunun özü isə Timur İvanova qarşı iş barədə açıqlama verməyib. İstefa haqqında sərəncamın dəqiq nə vaxt imzalandığı da qeyd edilməyib.

Qeyd edək ki, Timur İvanov azı 1 milyon rubl rüşvət almaqda şübhəli bilinir. İvanov Rusiya Müdafiə Nazirliyinin obyektlərinin və hərbi ipotekaların tikintisi, yenidən qurulması və əsaslı təmirinə nəzarət edib. Məmur həmçinin mülki idarə və qoşunların mənzil təminatı, mənzil və Silahlı Qüvvələr üçün tibbi təminat üçün məsuliyyət daşıyırdı.
Məhkəmə İvanov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO