Rusiyada paytaxtın yerinin dəyişdirilməsi haqda təkliflər səslənməyə başladı.xa0
Moderator.az İsrail mediasına istinadla yazır ki, Demoqrafiya, miqrasiya və regional inkişaf institutunun müşahidə şurasının sədri Yuri Krupnov paytaxtın Avropa və Asiyanı ayıran xa0Ural dağlarının o üzünə köçürülməsi təklifi ilə çıxış edib. Onun təşəbbüsü Rusiya prezidenti V.Putinə göndərdiyi “Moskvasızlaşdırma doktrinası”x9d layihəsində yer alıb. Mütəxəssis qeyd edir ki, Rusiya hiper mərkəzləşib. Yəni Moskva regionu ölkə əhalisinin, demək olar ki, 1/5-ni özündə cəmləyib. xa0Milli inkişaf yalnız əhalinin, az qala, yarısını əhatə edən 15-25 meqapolisdə cəmləndiyindən digər regionlar inkişaf etmir. “Daxili miqrasiya sayəsində Rusiya öz “geosiyasi üstünlüyü”x9dnü xa0 və ölkənin ucqar əyalətləri üzərində suverenitetini itirə xa0bilər”x9d-deyə mütəxxəsis bildirib. Məsələnin həll yolu kimi demoqraf paytaxtın Uralın o üzünə köçürülməsini təklif edir və bunu əsaslandırır. Y.Krupnov hesab edir ki, bu halda ölkənin Sibir və Uzaq Şərq xa0regionları maksimum inkişaf edər.

P.S. Son 20-30 ildə oxşar problem Azərbaycanda da yaranıb. Əhalinin böyük bir hissəsi Bakı və Abşeron yarımadasında cəmlənib. Bir ara paytaxtı köçürmək haqda bizdə də təkliflər səsləndi. Mütəxəssislər hesab edir ki, həm kənd regionlarının inkişafı, həm də xa0işğal altındakı torpaqlara, eləcə də Naxçıvana yaxınlıq baxımından paytaxtın Gəncə, yaxud Bərdə kimi şəhərlərə köçürülməsi məqsədəuyğun olardı... xa0xa0
Sultan Laçın
































































































