Rusiyanın müdafiə naziri Sergey Şoyqunun həbsdə olan müavini Timur İvanov azı 1 milyon rubl rüşvət almaqda şübhəli bilinir.
Bizim.Media xəbər verir ki, UNIAN-nın araşdırmasına görə, onu 15 ilə qədər həbs gözləyir.
Nəşr yazıb ki, İvanov Rusiya Müdafiə Nazirliyinin obyektlərinin və hərbi ipotekaların tikintisi, yenidən qurulması və əsaslı təmirinə nəzarət edib. Məmur həmçinin mülki idarə və qoşunların mənzil təminatı, mənzil və Silahlı Qüvvələr üçün tibbi təminat üçün məsuliyyət daşıyırdı.
“Vaqner qruplaşmasının keçmiş rəhbəri Valeri Priqojin prezident Vladimir Putinin yanında dəfələrlə İvanovu sərt tənqid edib və onu “xəzinə oğrusu” adlandırıb.
İvanov Şoyqunun müavini təyin olunduğu andan Priqojinlə heç vaxt həll olunmayan münaqişə yaranıb. Priqojinin ölümündən sonra İvanovun özü qruplaşmanın rəhbərinin maddi sərvətlərinin müsadirə edilməsində fəal iştirak edirdi. Xüsusilə o, Priqojinin oğlundan Suriyadakı neft və qaz yataqlarına və Mərkəzi Afrika Respublikasında vaqnerçilərin nəzarətində olan almaz yataqlarına nəzarəti təhvil verməsini tələb edib”, - deyə nəşr yazb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:18 / 23.04.2024
Şoyqunun müavini 1 milyon rubl rüşvət almaqda təqsirləndirilir
Hazırda oxunan: Şoyqunun müavini 1 milyon rubl rüşvət almaqda təqsirləndirilir
Hazırda oxunan: Şoyqunun müavini 1 milyon rubl rüşvət almaqda təqsirləndirilir
188671
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.