“Mars planetində şəhər salınacaq” – Elon Musk

“Mars planetində şəhər salınacaq” – Elon Musk

Hazırda oxunan: “Mars planetində şəhər salınacaq” – Elon Musk

18856

“İnsanların Ay və Marsda məskunlaşaraq daimi yaşaması artıq mümkün olacaq”.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, bu barədə Amerikanın böyük iş adamı, SpaceX şirkətinin rəhbəri Elon Musk bildirib. 

O deyib ki, insanlıq kosmik nüvəyə çevriləcək və yalnız bir planetdə deyil, bir çox planetdə şəhər salınacaq və sakinləri olacaq. 

Elon Musk ABŞ Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsinin 2024-cü ildə aya qayıtmaq planlarının mümkün olduğunu vurğulayıb:

“Düşünürəm ki, bu realdır, bunu etmək olar”.

Xatırladaq ki, "Artemis" adlı yeni Ay proqramı çərçivəsində uçuş missiyası 2024-cü ilə planlaşdırılıb.

Lakin bu məsələ üzrə tarixlərdə dəyişiklik ola bilər.  İlk mərhələdə astronavtlar Ayın orbitində yerləşəcək Orion adlı kosmik gəmiyə yollanacaqlar. Daha sonra heyətin 2 üzvü SpaceX-in Starship gəmisi vasitəsilə Ay səthinə yollanacaqlar və orada 1 həftə qalacaqlar.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO