Fransada şəhər meri nasist salamı verdi

Fransada şəhər meri nasist salamı verdi

Hazırda oxunan: Fransada şəhər meri nasist salamı verdi

188275

Fransanın Vilnöv-Sen-Jorj şəhərinin meri Filip Qoden şəhər şurasının iclası zamanı nasist salamından istifadə edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, şuranın iclası zamanı Qoden nasist salamı jestini edib, eyni zamanda nasist salamı verib. Daha sonra mer etdiyi hərəkətə görə üzr istəyib.
“Mən səhv davrandığımı etiraf edirəm, buna görə üzr istəyirəm”.

Buna baxmayaraq merin rəqibləri onu istefaya məcbur etmək niyyətindədirlər. Hətta Filip Qodenin maliyyə məsələləri üzrə müavini Emmanuel Ququnyan-Zadiq ona qarşı çıxıb:

“Biz hər şeyi öz adı ilə çağırmalıyıq: bu, antisemit hərəkət idi. Biz daha öz əməlinin ciddiliyini anlamayan bələdiyyə sədri ilə təmsil olunmaq istəmirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO