Ərdoğan:

Ərdoğan: "Qəzzadakı hücumların bölgəyə sıçrama təhlükəsi var" - FOTO

Hazırda oxunan: Ərdoğan: "Qəzzadakı hücumların bölgəyə sıçrama təhlükəsi var" - FOTO

188149

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Misirin xarici işlər naziri Samih Şükrünü qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya idarəsi məlumat yayıb.

Dolmabaxça sarayında baş tutan görüşdə Türkiyə ilə Misir arasında ikitərəfli əlaqələr, İsrailin Qəzzaya hücumları ilə bağlı proseslər, qlobal və regional məsələlər müzakirə edilib.

Ərdoğan İsrailin Fələstin xalqına qarşı hücumlarının davam etdiyi üçün gərginliyin və münaqişələrin bölgəyə sıçrama riskinin olduğunu vurğulayıb.

Dövlət başçısı həmçinin Qəzzada atəşkəsin bərqərar olmasının və sözügedən bölgəyə humanitar yardımların fasiləsiz daşınmasının vacibliyini qeyd edib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO