Türkiyə prezidenti Tayyib Ərdoğan ölkəsinin “yalan” və siyasi motivli “erməni soyqırımı” ittihamları qarşısında həqiqəti müdafiə edəcəyini deyib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyə "Akıncı"sı Rusiya PUA-sını darmadağın etdi - VİDEO
“Wall Street Journal” nəşri Amerika səlahiyyətlilərinə istinad edərək yazır ki, Bayden guya bir əsrdən çox Osmanlıda olan “erməni soyqırımı”nı aprelin 24-də rəsmi olaraq tanıyacağını bildirib.
Sələfi Donald Tramp Türkiyə ilə münasibətlərin pisləşəcəyindən qorxaraq bunu etməyib.
Bizim.Media