Daha bir ölkə daşqınların əsarətində - YENİLƏNİB/FOTO/VİDEO

Hazırda oxunan: Daha bir ölkə daşqınların əsarətində - YENİLƏNİB/FOTO/VİDEO

187475

Bəhreynin paytaxtı Manamada güclü leysan yağışları daşqınlara səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.

Məlumata görə, regiona bir gündə birillik yağıntı düşüb. Nəticədə yollar, küçələr su altında qalıb. Bir neçə rayonda nəqliyyatın hərəkəti çətinləşib. Kütləvi tədbirlər ləğv edilib, məşhur istirahət yerləri bağlanıb. Sakinlərə çox zərurət olmadıqca çölə çıxmamaları tövsiyə olunur.

Qeyd edək ki, son günlər Rusiya, Qazaxıstan, Oman, Əfqanıstanda və Səudiyyə Ərəbistanında güclü daşqınlar yaşanıb.

*** 16:36

Körfəz ölkələri olan Oman, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanını güclü yağış vurub. Omanda yağışın səbəb olduğu sel nəticəsində 18 nəfər həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Oman Milli Fövqəladə Halların İdarə Edilməsi Komitəsi yayıb.

Ölkədə bazar günündən bəri təsirli olan güclü yağışlar daşqınlara səbəb olub və bir çox bölgə su altında qalıb. Həyatını itirənlərdən 10 nəfərin selin apardığı nəqliyyat vasitəsinin içində qalan tələbələr olduğu bildirilib.

Zərər çəkmiş bölgələrdə çarəsiz qalanları təxliyə etmək üçün yerli polis və ölkə ordusu səfərbər edilib.
 









Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO