“Bilirsiniz ki, İran və İsrail arasında onilliklərdir davam edən hərbi münaqişə var. İran liderləri İsraili məhv etməyi əsas məqsədlərindən biri elan ediblər”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında israilli analitik Aviqdor Eskin deyib.
İranın İsrailə hücumunu şərh edən analitik hesab edir ki, Tehrana ciddi cavab veriləcək:
“Onlar bütün radikal terror hərəkatlarını dəstəkləyir və hətta İsrailə qarşı çıxan ifrat qrupları ilə, məsələn, HƏMAS-la az-çox əməkdaşlıq edirlər. Bilirik ki, İran Suriyada Müsəlman Qardaşları və HƏMAS ilə müharibə aparırdı. İsrail öz mövqelərindən əl çəkməyəcək, əksinə, İsrail üçün əlverişli olanda cavab verəcək. Əlbəttə, İranın özünün də cavab həmləsinə hazırlaşdığı və bütün dünyanın prosesləri izlədiyi vaxtda İsrail bunu etməyəcək. İsrail qisas almaq üçün əlverişli və lazımlı məqam axtaracaq”, - deyə A.Eskin bildirib.
Tehran Orucoğlu, Bizim.Media
- A-
- A
- A+
Dünya
14:40 / 16.04.2024
İsrailli analitik: “İsrail İrana zərbə endirmək üçün məqam axtarır” – ÖZƏL
Hazırda oxunan: İsrailli analitik: “İsrail İrana zərbə endirmək üçün məqam axtarır” – ÖZƏL
Hazırda oxunan: İsrailli analitik: “İsrail İrana zərbə endirmək üçün məqam axtarır” – ÖZƏL
187417
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.