"Hər hansı bir ölkə ABŞ səfirliyinə hücum edib onun əməkdaşlarını öldürsəydi, Ağ Ev nə edərdi? Onlar təkcə bəyanatmı verəcəkdilər. Xeyr, hücum edən ölkəni işğal edəcəkdilər".
Bizim.Media xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.
"2001-ci il 11 sentyabr terror hücumlarından sonra ABŞ nə etdi? Əfqanıstanı xəritədən sildi. 20 illik müharibə! İraqı xəritədən sildi, ora 500 mindən çox əsgər göndərdi", deyə o, əlavə edib.
Maduro hesab edir ki, münaqişə Netanyahunun çılğınlığının nəticəsində yaranıb: "Bu isə üçüncü dünya müharibəsinə səbəb ola bilər”.
Bizim.Media