Etirazlar nəticə VERMƏDİ: “Xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edildi

Hazırda oxunan: Etirazlar nəticə VERMƏDİ: “Xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edildi

187354

Minlərlə etiraza baxmayaraq, Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsi “Xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda dəstəkləyib.

Bizim.Media xəbər verir ki, dinləmələr iqtidar və müxalifət nümayəndələri arasında qızğın mübahisələr fonunda baş tutub.

Qeyd edək ki, Gürcüstanda hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “Xarici təsirin şəffaflığı haqqında” (“xarici agentlər” haqqında) qanun layihəsinin parlamentin hüquq komitəsində müzakirə olunmasına etiraz olaraq parlament binası qarşısında nümayiş keçirilib.

Əraziyə polis və xüsusi təyinatlılar səfərbər edilib. Aksiyanı dağıtmaq istəyən polislə etirazçılar arasında toqquşma baş verib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO