Amerikada nəhəng çüxur şəhəri “udmağa”x9d başladı -  FOTO/VİDEO

Amerikada nəhəng çüxur şəhəri “udmağa”x9d başladı - FOTO/VİDEO

Hazırda oxunan: Amerikada nəhəng çüxur şəhəri “udmağa”x9d başladı - FOTO/VİDEO

187335
Amerikada yerdə yaranmış böyük yarığ bir-bir ətrafındakı evləri “yeməyə”x9d başladı.xa0

Moderator.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərdə qəribə təbiət hadisəsinin Florida ştatının Lend-o-Leyks şəhərində baş verdiyi bildirilir. İyulun 14-də yaranmış çüxur getdikcə genişlənməkdə davam edir. Hazırda onun eni 80 metr, dərinliyi isə ən azı, 19 metrdir. Bu çüxur son 30 ildə xa0regionda mütəmadi olaraq yaranan çüxurlardan ən böyüyü hesab edilir. Yarğanın yarandığı vaxt oraya iki ev və qayıq gömülüb. Xoşbəxtlikdən insan itkisinin qarşısını almaq mümkün olub. Xilasedicilər yaxınlıqdakı digər evlərdən də sakinləri təxliyə ediblər. Bu da əsassız deyil. Çünki xa0bu günlərdə çüxurun genişlənməsi səbəbindən daha iki ev batıb. Ümumilikdə 11 evə zərər dəyib. Yerli hakimiyyət sakinləri çüxurun böyüməsi ilə bağlı xəbərdarlıq ediblər. Hadisə yerində geoloqlar çalışır. Hələki fəlakətin qarşısını almaq qeyri-mümkün görünür.

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO