Türkiyədə “Meta”ya məxsus bir sosial şəbəkə BAĞLANDI

Hazırda oxunan: Türkiyədə “Meta”ya məxsus bir sosial şəbəkə BAĞLANDI

187324

“Meta” şirkəti yerli antiinhisar orqanının qərarı ilə aprelin 29-da Türkiyədə “Threads” xidmətinin fəaliyyətini dayandıracaq. 

Bizim.Media xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Türkiyənin Rəqabət Təşkilatı mart ayında “Threads” və “Instagram” (Meta-ya məxsus) arasında məlumat mübadiləsini qadağan edən müvəqqəti qərar verib. 

Departament bildirib ki, şirkətin hərəkətləri bazara “bərpası mümkün olmayan ziyan” vura bilər.
“Bazarda uzun illər fəaliyyəti sayəsində “Meta” geniş və ətraflı məlumat bazasına malikdir ki, bu da şirkətin xidmətlərini reklamçılar üçün cəlbedici edir. Bu, “Meta”ya xidmətin inkişafı üçün daha çox resurs ayırmağa imkan verib və rəqiblərin reklamçılara, maliyyə resurslarına çıxışını çətinləşdirib və şirkətin fəaliyyəti bazara giriş üçün maneəyə çevrilib”, - deyə Türkiyənin rəqabət qurumunun bəyanatında deyilir. 

Qeyd edək ki, “Meta” şirkəti Rusiyada ekstremist elan edilib və qadağan olunmuş.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO