Türkiyə parlamenti bu tarixdə yenidən işə başlayacaq

Türkiyə parlamenti bu tarixdə yenidən işə başlayacaq

Hazırda oxunan: Türkiyə parlamenti bu tarixdə yenidən işə başlayacaq

187169

Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərlə əlaqədar ara verdiyi işinə aprelin 16-da yenidən başlayacaq. Parlamentdə müzakirə olunacaq əsas mövzulardan biri enerji sahəsini əhatə edəcək.

Bizim.Media xəbər verir ki, TBMM-ə bununla bağlı edilən təklifə əsasən, yerli istehsal və müxtəlif mənbələrdən idxal olunan təbii qaz Türkiyədə mayeləşdirilərək LNG kimi dünya bazarlarına çıxarıla bilər.

Buna əsasən, enerji səmərəliliyini artırmaq üçün hazırlanan layihələr, 15 milyon lirədən çox olmamaq şərtilə, Enerji və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəyərinin maksimum 30 faizi ilə dəstəklənəcək.
Yeni qanun layihəsi fövqəladə vəziyyət elan olunan və ya gündəlik həyata təsir edən fəlakət bölgəsi sayılan yerlərdə fasiləsiz elektrik enerjisi xidmətlərinin təminini də əhatə edəcək.

Parlamentin fasilədən sonra yenidən fəaliyyətə başlayacağı ilk iki gün məclisdə qrupu olan siyasi partiyaların iclasları keçiriləcək. Türkiyə Prezidenti və ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğanın aprelin 17-də partiyanın qrup toplantısına qatılması gözlənilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO