Rəsmi Ankaradan

Rəsmi Ankaradan "erməni soyqırımı”na görə ABŞ-a XƏBƏRDARLIQ

Hazırda oxunan: Rəsmi Ankaradan "erməni soyqırımı”na görə ABŞ-a XƏBƏRDARLIQ

18712

ABŞ Prezidenti Co Bayden öz seçki kampaniyası zamanı “erməni soyqırımı”nı tanıyacağını və bu hərəkətin Türkiyəni qəzəbləndirəcəyini bildirmişdi.

Vaşinqton rəsmiləri Baydenin qondarma erməni soyqırımını tanıdığını elan etməyə hazır olduğunu açıqlayıb. 

Bizim.Media “The Wall Street” jurnalına istinadən xəbər verir ki, rəsmilər Baydenin 1915-ci ildən başlayaraq Osmanlı imperiyasının erməni vətəndaşlarına qarşı törətdiyi iddia olunan “sürgün”, “aclıq” və “qırğınları” soyqırımı kimi qəbul edəcəyini gözləyirlər.
 

MÖVZU İLƏ BAĞLI:

“Bayden dırnaqarası erməni soyqırımını tanıyarsa, Türkiyə ilə münasibətləri pozulacaq” – Türk generalı Özgür Tör 


Açıqlamanın şənbə gününə təsadüf edən qondarma soyqırımın  anım günündə ediləcəyi ehtimal olunur. Rəsmilər məsələ ilə bağlı heç bir qəti qərar və brifinqin keçirilmədiyini və C.Baydenin digər prezidentlər kimi qətlləri soyqırımı olaraq xarakterizə etməzdən öncə simvolik açıqlama verə biləcəyini əlavə ediblər.

“The Wall Street” jurnalı qeyd edib ki, Türkiyə ermənilərin hökumətə qarşı üsyan qaldırdığını iddia edərək qətlləri soyqırımı kimi tanımaqdan imtina edir.

Türkiyə Xarici İşlər Naziri  Mevlut Çavuşoğlu çərşənbə axşamı Habertürk televiziyasına verdiyi müsahibədə Baydenin bu açıqlamasının iki ölkə arasında münasibətlərə zərər yetirəcəyini bəyan edib.

Türkiyənin Vaşinqtondakı rəsmi səfirliyindən məsələ ilə bağlı heç bir rəsmi açıqlama gəlməyib.

Prezident Administrasiyasından isə jurnalistlərə “ABŞ qondarma "erməni soyqırımı"nı tanıyarsa, bu, Vaşinqton və Ankara arasındakı münasibətlərin gələcəyini ciddi şəkildə təhlükə altına alacaq” açıqlaması verilib.

Rəsmi Ankara hesab edir ki, ABŞ Türkiyə kimi müttəfiqi ilə uydurma bir hekayə arasında seçim etməlidir:

“Uydurma “erməni soyqırımı”nı tanımaqla, ABŞ Türkiyə qarşısında mühüm bir müttəfiqini itirəcək. Bu da iki ölkə arasındakı münasibətlərə ciddi ziyan vuracaq”.

Rəhbərlik Türkiyənin əvvəllər də olduğu kimi 1915-ci il hadisələrini araşdırmaq üçün arxivlərin açılmasını yenidən təkrarlayıb:

“Türkiyə tarixində qondarma “erməni soyqırımı” olmayıb. Erməni lobbisinin Türkiyəyə qarşı bütün bu iddiaları əsassızdır”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO